Thursday, 7 January 2016

Hepatit C Virusu (HCV)


Hepatit C, Hepatit C Virusu (HCV) infeksiyası nəticəsində meydana gələn bir qaraciyər xəstəliyidir . Xəstəlik bir neçə həftə müddət sürəbilən yüngül bir formadan, həyat boyu davam edən ciddi xəstəliyə qədər dəyişən xəstəliklərə yol aça bilər . HCV ümumiyyətlə qan yolu ilə yoluxur. Hepatit C kəskin və ya xroniki ola bilər. Kəskin Hepatit C mikroorqanizmi bədənə girdikdən sonrakı 6 ay içində olan qısa davamlı bir xəstəlikdir. Kişilərin çoxunda ( % 75-85 ) kəskin Hepatit C infeksiyası xroniki Hepatit C infeksiyasına çevrilər. Xroniki Hepatit C həyat boyu davam edə bilən, ciddi sağlamlıq problemlərinə ( sirroz, qaraciyər xərçəngi ) və hətta ölümə yol aça bilən bir xəstəlikdir. Hepatit C üçün peyvənd yoxdur .


Hepatit C-yə necə yoluxuruq?


        HCV virus daşıyıcısı olan birinin qanının, adamın bədəninə girməsi yolu ilə yoluxur.
        HCV bu yollarla yoluxa bilər:

Ø Damar daxili narkotik istifadəçilərinin iynə və s. avadanlığı ortaq istifadə ilə
Ø Sağlamlıq işçilərinin iynə batması qəzaları ilə
Ø Hepatic C daşıyan anadan doğan körpəyə yoluxa bilər
Ø Daha az sıxlıqla ortaq diş fırçası və ya ülgüc və s. alətlərin ortaq istifadəsi ilə

Hepatit C - yə cinsi yol ilə yoluxmaq mümkündürmü?

    Bəli, lakin cinsi yol ilə HCV'nin yoluxma riskinin aşağı olduğu ifadə edilməkdədir. Risk çoxlu cinsi partnyor varlığı, cinsi yolla yoluxan başqa bir xəstəliyin olması və ya HİV daşıyıcılığının olması vəziyyətində artmaqdadır.

Hcv hansi yollar ilə yoluxmaz?

       HCV eyni qabdan yemək yeməklə, ortaq qida və ya su istehlak edilməsi, əmizdirmə ilə, öpüşmək, qucaqlaşmaq, öskürmək, asqırmaq, eyni tualetdən istifadə, hovuza girmək, oyuncaq ilə oynamaq, eyni nəqliyyatla səyahət etmək və s yollar ilə yoluxmaz.

 Hamiləlikdə HCV'nin körpəyə yoluxma riski varmı?

        HCV hamiləlik əsnasında körpəyə keçməz. Ancaq doğum əsnasında keçə bilər, bu risk təxminən 4%-dir. Risk eyni zamanda HIV daşıyıcısı olanlarda daha yüksəkdir.

Kəskin Hepatit C-nin əlamətləri nələrdir?

       Kəskin Hepatit C xəstələrinin təxminən 70-80%-ində heç bir əlamət olmaz. Bəzi xəstələrdə aşağıdakı əlamətlər görülə bilər:

·        Hərarət
·        Halsizliq
·        İştahsızlıq
·        Bulanma-qusma
·        Qarın ağrısı
·        Sidik rəngində tündləşmə
·        Sarılıq (göz və dəridə saralma)
·        Oynaq ağrısı     

Hepatit C bədənə girdikdən nə qədər müddət sonra əlamətləri görünər:

      Əlamətlərin olması vəziyyətində (hansı ki, çox vaxt heç bir əlamət mü-şahidə olunmaz), HCV bədənə girdikdən təxminən 6-7 həftə sonra əlamətlər başlayır.

Xroniki Hepatit C-nin əlamətləri nələrdir?

        Xroniki Hepatit C xəstələrinin çoxunda heç bir əlamət tapılmaz. Buna görə də xəstələrin qaraciyərində böyük zədələr meydana gəlmiş ola bilər. Əksər hallarda, qaraciyər xəstəliyi irəli ölçülərə çatana qədər xəstəlik hər hansı bir əlamət verməz. Xroniki Hepatit C çox zaman təkrar olaraq qaraciyər fermentlərinin test edilməsi ilə aşkarlana bilər.

Xroniki Hepatit C nə qədər ciddi xəstəlikdir?


      Xroniki Hepatit C çox ciddi bir xəstəlikdir, uzun müddət davam edən bu xəstəlik, qaraciyər çatmazlığı, qaraciyər xərçəngi və hətta ölümə səbəb ola bilər.

Hepatit C-nin uzun dövrlü təsirləri nələrdir?

HCV ilə yoluxmuş olan hər 100 adamdan:
     75-85’ində xroniki Hepatit C inkişaf edər və bunların da:

                                          I-   60-70'inde xroniki qaraciyər xəstəliyi inkişaf edər
                                       II-   5-20'sinde 20-30 il ərzində siroz inkişaf edər
                                  III-   1-5 siroz və ya qaraciyər xərçəngi səbəbiylə ölər

Hepatit C Diaqnozu üçün hansı testlər edilməlidir?

      Əvvəlcə tarama testi olaraq qanda HCV'yə qarşı meydana gəlmiş anticismi təyin edən bir tarama testi (Anti-HCV testi İFA metodu ilə) istənilir. Nəticə müsbət çıxarsa ikinci bir test ilə yoxlama aparılır. Anti-HCV testinin müsbət çıxması adamın HCV ilə qarşılaşdığını göstərir, ancaq infeksiyanın davam edib etmədiyini göstərməz.

Hepatit C-nin müalicəsi vardırmı?

       Bəli. Xəstəliyə qarşı təsirli müalicələr mövcuddur.

Hepatit C xəstələri qaraciyərlərini qorumaq üçün nə edə bilərlər?

     Hepatit mövzusunda mütəxəssis olan həkimləri tərəfindən nizamlı olaraq nəzarətdə olmalıdırlar. Spirtli içkilər içməməlidirlər. Hər hansı bir dərman qəbulundan əvvəl həkimlərlə məsləhət etməlidirlər. Həkimləri məsləhət görmədikcə digər bitki və heyvan mənşəli məhsullardan uzaq durulmalı, yalnız həkimlərinin önərdiyi ciddi pəhriz rejimində qidalanmalıdırlar.

Hepatit C xəstələri üçün tövsüyə edilən pəhriz rejimi:



                                                                                     


                                 




                                                          Dr.Ağaverdiyev Sənan

No comments:

Post a Comment