Müasir
musiqi terapiyasında musiqi somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müaicəsi və
reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilir.
Terapiya zamanı həkim musiqinin müşayiəti altında xəstələrə həm dərmanlarla, həm də şifahi deyimlərlə təsir göstərməyə çalışır. Musiqinin təsir spesifikası orqanizmin və psixikanın aktivləşdirilməsilə əlaqədardır. Musiqi ağrı hisslərini azaltmaq, əzələ tonusunu bərpa etmək, ümumi psixi-emosional tonusu artırmaq imkanına malikdir. Musiqi terapiyası stomotologiyada cərrahiyədə , ginekologiyada, urologiyada, kardiologiyada, habelə danışıq qüsurlarının müalicəsi və diksiyanın korreksiyası zamanı da tətbiq olunur.

Psixiatriyada
nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin
müalicə-sində
də musiqi terapiyası müsbət nəticələr verir. Bundan başqa müxtəlif çalğı alətləri
Insanın orqanlarına müxtəilf cür təsir göstərir: skripka, fortepiano əsəbləri
daha yaxşı sakitləşdirir, fleyta və violençelin səsindən insan rahatlıq tapır,
ürəyin ritmi düzəlir, qaboy, klarnet qaraciyərin funksiyasını musiqidən , günün
saatından asılı olaraq aktivləşdirir, ya da sakitləşdirir. Alimlər vokal terapiyanın ağciyərlərə və digər
həyati vacib orqanlara təsirini öyrənmişlər.

Minor musiqi
fizioloji prosesləri aktivləşdirir. Elə musiqi məs : simfonik
musiqi var ki, mədənin turşululuğunu artırır. Buna görə də yemək zamanı
xoşlanılan musiqini dinləmək məsləhətdir. Harmonik musiqi yaxşı
“psixoterapevt”dir. Insan həzin musiqi təranələri altında yatanda yaxşı yuxular
görür. Belə musiqi işgüzar danışıqlarda gərginliyi yox edir. Sevdiyi musiqini
dinləməklə körpəsini əmizdirən ananın südü artır. Beləliklə, musiqi tənəffüsə,
ürək ritminə, nəbzə və qan təzyiqinə təsir göstərir. Beyin dalğalarını yavaşıda
və tənzimləyə bilir, əzələ gərginliyini azaldır, bədənin mütəhərrikliyini və
koordinasiyasını yaxşılaşdırır, hormonların ifrazını tənzimləyir, immun
funksiyasını aktivləşdirir, əmək məhsuldarlığını yüksəldir.
Bütün
bunları nəzərə alaraq oxucularımıza bunu çatdırmaq istəyirəm ki, musiqi həqiqətən
“ruhun qidası”dır. Stresslərdən bir az olsun kənarlaşmaq üçün əhvalınızı
yaxşılaşdıracaq musiqilərə, melodiyalara qulaq asın . Və icazə verin musiqi
sizin həyatınızın bir hissəsi olsun.
No comments:
Post a Comment