Tuesday, 5 January 2016

Öd daşı xəstəliyi

       Öd daşı xəstəliyinin tutması özünü çox güclü kəsici ağrılarla büruzə verir. Adətən tutma qəfildən bir çox hallarda yağlı və kəskin qidaların qəbulundan, güclü fiziki gərginlikdən, stressdən, nəqliyyatda silkələnmədən sonra başlayır. 

   Xəstədə ürəkbulanması, gəyirmə və hətta qusma ola bilər. Əvvəl ağrı sağ qabırğaaltı hissəsində, qarının yuxarı hissəsində başlayır. Bəzən ağrılar sağ çiyinə, boyunun sağ hissəsinə, sağ kürəyə yayılır, Təxminən yarım saatdan sonra ağrı maksimuma çatır, dözülməz olur, bəzən xəstədə titrəmə, hərarətin qalxması müşahidə edilir.

           Bu səbəbdən əgər sizdə və ya sizin yaxınlarınızda bu xəstəlik varsa (buna diaqnoz qoyulubsa) bu maqaləni mütləq oxuyun ki, lazım olan anda özünüzü itirməyəsiniz.


           Nəzərinizə çatdıraq ki, qarında olan ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər. Bu səbəbdən özünüzə müstəqil şəkildə "diaqnoz" qoymayın və özünüz özünüzü "müalicə" etməyin.

                                                                     Beləliklə, öd daşı xəstəliyi tutması başladıqda ilk öncə:


        
            - Qida qəbul etməyin və su içməyin.


      - Uzanın və mümkün qədər rahatlanmağa və  sakitləş-məyə çalışın.


        - Spazmolitik preparatının inyeksiyasını edin (no-şpa və ya papaverin və s.) və 1 saat ərzində (bundan artıq yox!) inyeksiyanın effektini gözləyin.


    - İnyeksiya effekt vermədikdə dərhal həkimə müraciət edin.

        


             Aşağıdakıları isə tutma zamanı etmək olmaz:


       - Qida və maye qəbul etmək. Əgər sizə təcili olaraq əməliyyatın keçirilməsi lazım olarsa, qəbul olunmuş qida və ya maye vəziyyəti çətinləşəcək.


        - Qarın nahiyəsinə isti qrelka qoymaq. Dediyimiz kimi, bu digər xəstəlik də ola bilər ki, bu halda sizin vəziyyətiniz daha da ağırlaşa bilər.


     - Ağrısızlaşdıran dərmanları qəbul etmək. Bu həkim tərəfindən xəstəliyin dəqiq diaqnozun qoyulmasına mane olacaq.


No comments:

Post a Comment