Sunday, 3 January 2016

Sağlamlıq


        Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xətəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psi-xoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
           Sağlamlığı öyrənən elmlərə aşağıdakılar aiddir: dietologiya, farmakologiya
tologiya və digəriləri.

Sağlam olmaq üçün tövsiyələr

Gündə azı 1 saat aktiv
 idmanla məşqul olun!
  • İdmanla məşqul olun. Gündə 1 kilometr piyada gəzmək   və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
  • Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
  • Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt ,xərçəng və şəkər ehtimalı daha az olur.
  • Fast-food yeməklərini birdəfəlik unudun. Ürək-damar                                           xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof                                                    qızartması və s kimi qidalardır.
Təmiz havada çay.

  • Bel ağrısına qarşı hərəkət edin. Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
  • Yeməyinizə nəzarət edin. Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.                                                                  Duzu azaldın Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir. Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur. Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Çaya biraz mualicə əhəmiyyətli otlardan əlavə edin - kəklikotu, senna, mixək və s.
  • Hər pəhrizə aldanmayın. Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın.
  • Artıq çəkilərə diqqət. Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.
  • İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.
  • Stresə qarşı mübarizə aparın.
  • Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.
  • Siqaretə yox. Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.
  • Yuxusuz qalmayın. Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.
  • Hər gün vitamin qəbul edin. Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.
  • Profilaktika. Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın!

No comments:

Post a Comment